Patruşev Qərbi Cənubi Qafqazda sabitliyi pozmaq cəhdində ittiham edib

Aktual

16.02.2024 - 14:55

“Qərb Ermənistanla Azərbaycan arasında münasibətlərinin normallaşmanın qarşısını almağa çalışır”

 “Qərb Cənubi Qafqazda sabitliyi pozmağa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Biz Qərbin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini görürük. Bu da bu regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb”, - Patruşev Bişkekdə təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan məsələləri üzrə iclasında çıxışında deyib.

Rusiya rəsmisi qeyd edib ki, Qərb öz hegemonluğunu qorumaq üçün dünyanın müxtəlif regionlarında fitnə-fəsad törədir: “Xüsusilə, Mərkəzi Asiyada qeyri-sabitlik mənbəyi yaradılması təhlükəsi var”.

Müəllif: Ayna.az