Tofiq Yaqublu barədə məhkəməyə vəsatət verilib

Aktual

18.09.2020 - 12:20

Hökm qüvvəyə minənə qədər azadlığa buraxılması istənilir

 

Müsavat Partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib. AYNA bildirir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat yayıb. Vəkil qeyd edib ki, vəsatət Nizami rayon Məhkəməsinə təqdim edilib.

 

Xatırladaq ki, T.Yaqublu xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri üzrə 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. İttihamı qəbul etməyən Yaqublu həbsxanada ölüm aclığına başlayıb. Artıq o, 17 gündür aksiyanı davam etdirir. Səhhətində problem yaranan siyasi fəal mülki xəstəxanaya – “City Hospital”a köçürülüb. Hazırda Yaqublu orada müalicə alır.

Müəllif: Ayna.az