Azərbaycanda indiyədək 546 şagird koronavirusa yoluxub

Aktual

16.10.2020 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Şagirdlərin yalnız 25 faizinin məktəblərdə yoluxduğu müəyyən edilib”

 

Oktyabrın 15-nə qədər respublika üzrə 546 şagird koronavirusa yoluxub. İşçi heyətdən isə 186 nəfərdə yoluxma qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Nazir bildirib ki, şagirdlərin yalnız 25 faizinin məktəblərdə yoluxduğu müəyyən edilib. Yoluxma halı qeydə alınan siniflər isə distant təhsilə keçirilib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində oktyabrın 19-dan noyabrın 2-dək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən ediləcək. Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti isə dayandırılır.

Müəllif: Ayna.az