“Ermənistanla Azərbaycan arasında sülh yaranıb və indi vəzifə onu qorumaq, gücləndirmək və institutlaşdırmaqdır”
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində xalqın sülhə səs verəcəyinə əmindir. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Biz Ermənistanı geosiyasi tələdən çıxartdıq. Biz onu elə yerə gətirdik ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf vizyonunu qəbul edəcəyinə qərar verə bilər. Ermənistan xalqı seçkilərdə sülhü müdafiə etməlidir. Onların sülhə səs verəcəklərinə bir an belə şübhə etmirəm”, - Paşinyan qeyd edib.
Baş nazir təsdiq edib ki, “Ermənistanla Azərbaycan arasında sülh yaranıb və indi vəzifə onu qorumaq, gücləndirmək və institutlaşdırmaqdır”.