Əsas diqqət Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması məsələlərinə yönəldilib
Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton Zirvə Görüşünün nəticələrini Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri ilə müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət zamanı tərəflər Ermənistanla Aİ arasındakı münasibətlərin hazırkı gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Xüsusi diqqət 8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla sammitdən sonra regiondakı vəziyyətə və Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması məsələlərinə yönəldilib.