Paşinyan Rusiya səfiri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Dünya

27.05.2022 - 13:37

Ermənistanın Baş naziri Qarabağ nizamlanmasında Minsk Qrupunun həmsədrliyi formatının vacibliyini vurğulayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səfiri Sergey Kopırkin ilə Qarabağ nizamlanmasını müzakirə edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir son illər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin dinamik olduğunu qeyd edib və əlavə edib ki, bunda Rusiya səfirliyinin rolu böyükdür.

Paşinyan həmçinin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri ilə vaxtaşırı görüşlərin və Minsk Qrupunun həmsədrliyinin formatının vacibliyini vurğulayıb.

Öz növbəsində, Sergey Kopırkin səfirliyin fəaliyyətini qiymətləndirdiyinə görə baş nazirə təşəkkür edib və qeyd edib ki, onların məqsədi ikitərəfli müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da inkişafına kömək etmək üçün hər şeyi etməkdir.

Müəllif: Ayna.az