Paşinyan Oskanyanı müharibə ilə bağlı komissiyada debata çağırdı

Dünya

18.04.2023 - 19:44

cedabet dərman SEO Xidməti

"Bilmək istərdim ki, keçmiş xarici işlər naziri Qarabağ üzrə danışıqlarla bağlı hansı məsləhətləri vermək niyyətindədir"
 
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş xarici işlər naziri Vardan Oskanyanı debata çağırıb. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan Oskanyanı 44 günlük müharibə ilə bağlı parlament komissiyasına gəlməyə və müharibədən əvvəlki danışıqlar prosesini müzakirə etməyə dəvət edib.
 
"Məni müəyyən addımlarda və müharibəni yaxınlaşdırmaqda ittiham edən insanlar yerimdə olsaydılar, görəcəkləri tədbirləri addım-addım təsvir edə bilərlər. Vardan Oskanyanın nazir olduğu illərdə "Madrid prinsipləri" təqdim edildi ki, bu da danışıqlarda bu gərginliyi daha da gücləndirdi. 2018 və ya 2019-cu ildə mənə nə məsləhət vermək niyyətində olduğunu izah etsin”, - Paşinyan bildirib.
 
Baş nazir 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq üçün komissiyanın qarşısına çıxmaq niyyətində olduğunu açıqlayıb. 

Paşinyanın sözlərinə görə, Oskanyan da komissiyaya gələ bilər və biz vəziyyəti birlikdə müzakirə edə bilərik. 

"Mən məsuliyyətdən yayınmayacam və qaçmaq niyyətində deyiləm", - Baş nazir əlavə edib.
 
Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyətin kursunu, xüsusən də Qarabağla bağlı danışıqlarda İrəvanın addımlarını dəfələrlə tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş