Paşinyan: “Mövcud dünya düzəninin dağılması Ermənistan üçün ciddi təhlükədir”

Dünya

30.10.2023 - 16:02

cedabet dərman SEO Xidməti

“Ermənistanın üzləşdiyi təhlükələri aradan qaldırmaq üçün əsas məqsəd özünü reallaşdırmaqdır”

“İndiki dünya düzəninin dağılması Ermənistan üçün ciddi təhlükədir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada daimi komissiyaların birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“Lakin bu təhlükələrin səriştəli idarə olunması dövlətimiz üçün ciddi imkanlar yarada bilər”, - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, son iki ildə beynəlxalq vəziyyət xeyli pisləşib: “Nüvə müharibəsi ehtimalı ekspertlər və siyasətçilər arasında ciddi müzakirə mövzusuna çevrilib. Ona görə də Ermənistanın üzləşdiyi təhlükələri aradan qaldırmaq üçün əsas məqsəd özünü reallaşdırmaqdır. Bunun  üçün isə konseptual intellektual iş aparmaq lazımdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş