Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Hamburqdan Moskvaya gedəcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Paşinyanın özü deyib.
"Yeri gəlmişkən, mən buradan Moskvaya gedəcəyəm və orada Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak etməliyəm. Hazırda Avropa Birliyi ilə münasibətlərimizi gücləndiririk və mən buradan Moskvaya gedəcəm. Burada hər hansı bir uyğunsuzluq varmı? Aydındır ki, heç bir uyğunsuzluq yoxdur", - deyə Paşinyan Hamburqda jurnalistlərlə söhbətində bildirib.