Paşinyan: "Mən Erməni Apostol Kilsəsinə hücum etmirəm”

Dünya

16.10.2025 - 16:48

“Erməni din xadimlərinin həbsi Azərbaycanla sülh prosesi ilə bağlı deyil”

“Erməni Apostol Kilsəsi Ermənistan hakimiyyəti tərəfindən təqib edilmir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.

"Mən Erməni Apostol Kilsəsinə hücum etmirəm. Kilsənin sənədlərində isə qeyd olunmur ki, katolikos və ya yepiskop vəzifəsini tutan şəxslə kilsə eynidir", Paşinyan söyləyib.

Baş nazirin sözlərinə görə, erməni din xadimlərinin həbsi Azərbaycanla sülh prosesi ilə bağlı deyil: "Xeyr, bu mümkün deyil. Həbslərlə Azərbaycanla sülh prosesi arasında heç bir əlaqə yoxdur".

Qeyd edək ki, çərşənbə günü Erməni Apostol Kilsəsi Araqatsotn Yeparxiyasının rəhbəri Mkrtiç Proşyan (bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu – red.) də daxil olmaqla, 13 din xadimi istintaq orqanları tərəfindən saxlanılıb. Dindarlara qarşı iş hökumət əleyhinə mitinqlərdə məcburi iştirakla bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş