Paşinyan İrəvanın bələdiyyə sədrini yumruqlayıb

Dünya

06.07.2021 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir əvəzi ilə bələdiyyə sədrinin görüşü gərgin keçib

 

Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan bazar günü İrəvanın bələdiyyə başçısı Hayk Marutyanla görüşü zamanı onun üzünə yumruq vurub və söyüb. AYNA xəbər verir ki, bu barədə "İravunk" qəzeti yazıb.

 

“İrəvan meri və Baş nazir əvəzi uzun müddətdir gərgin münasibətdədir. Bu dəfə görüşmələrinin məqsədi barışıq yollarını tapmaq idi. Lakin bir anda vəziyyət gərginləşib və Paşinyan bələdiyyə sədrini vurub, təhqir edib. Hadisədən sonra Paşinyan Marutyana ən qısa müddətdə istefa verməsini məsləhət görüb”, - deyə qəzet yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş