Paşinyan: “Ermənistan Rusiya ilə mübahisə etməyəcək”

Dünya

22.05.2026 - 13:20

“Ermənistan heç vaxt Rusiya əleyhinə hərəkətlərdə iştirak etməyib və etməyəcək"

“Ermənistan ölçü fərqinə görə Rusiya ilə mübahisə etməyəcək”. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

Paşinyan Moskva ilə İrəvan arasındakı münasibətlərdəki böhranla bağlı suala belə cavab verib: "Mən bunu əvvəllər də demişəm və indi də təkrarlayacağam - Ermənistan heç vaxt Rusiya əleyhinə hərəkətlərdə iştirak etməyib və etməyəcək", - deyə Baş nazir vurğulayıb.

Ermənistanın Baş naziri Rusiyanı supergüc adlandırıb və onun maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş