Görüşdə ordunun inkişafına dair strateji baxış, insan resurslarının inkişafı və digər məsələlər müzakirə olunub
Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində Ermənistan ordusunun rəhbərliyi ilə əməliyyat iclası keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüş zamanı Paşinyan ordunun davamlı modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.
Görüşdə ordunun inkişafına dair strateji baxış, insan resurslarının inkişafı və digər məsələlər müzakirə olunub.