Paşinyan: “Erməni xalqı bu çaqqal və avaraları qovmalıdır”

Dünya

17.04.2026 - 17:09

“Erməni xalqı sülh uğrunda ayağa qalxmalıdır. Onlar müharibə partiyanın “itlərini, çaqqallarını” və siyasi avaraları siyasətdən qovmalıdırlar”. AYNA.AZ-ın erməni mediasına istinadən məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət proqramının icrasının gedişi və nəticələri barədə hesabat təqdim edərkən bildirib.

O, Ermənistan Respublikasının Kassasiya Məhkəməsinin qanunsuz əmlakın müsadirə edilməsi işi üzrə artıq ilk qərarını verdiyini vurğulayıb.

“Əminəm ki, bu proseslə sizə məlum olan müəyyən dairələrin “bomj”a çevrilməsi prosesi geridönməz hala gələcək”, – Paşinyan deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş