Xidmət rəisinin səlahiyyətlərinin icrası rəisin müavini Artur Qasparyana həvalə edilib
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Sarkis Hovhannisyan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Bu barədə AYNA erməni mediasına istinadən məlumat verir.
Xidmət rəisinin səlahiyyətlərinin icrası rəisin müavini Artur Qasparyana həvalə edilib.
Qeyd edək ki, Hovhannisyan bu il aprelin 28-də Nikol Paşinyanın qərarı ilə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.