“Həmin vaxtkı vəziyyət və situasiyaya uyğun olaraq qərar verəcəm”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP-29 beynəlxalq iqlim forumunda iştirak edib-etməyəcəyi ilə bağlı qərarı yoxdur. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Paşinyanın özü deyib.
Ermənistanın Baş naziri bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həmin vaxtkı vəziyyət və situasiyaya uyğun olaraq qərar verəcək.