Paşinyan Avrasiya İqtisadi Birliyi ilə bağlı Moskvaya mesaj verdi

Dünya

22.05.2026 - 15:02

“Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini yalnız Ermənistan müzakirə edə bilər”

“Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini yalnız Ermənistan müzakirə edə bilər”. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"AİB qaydalarına əsasən, AİB statusu məsələsini yalnız Ermənistan müzakirə edə bilər. Yəni AİB-dən çıxmaq qərarına gələn üzv ölkə bunu yalnız özü müzakirə edə bilər. Başqa prosedur yoxdur", - Paşinyan brifinqdə söyləyib.

"Beləliklə, Ali Avrasiya İqtisadi Şurasının iclasında onlar istənilən məsələni müzakirə edə bilərlər. Güman edirəm ki, həmkarlarımızın sualları ola bilər və biz onlara səbirlə cavab verəcəyik", - deyə o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş