“Paşa Bank”ın vəzifəli şəxsi cərimələnib

Xəbərlər

27.08.2024 - 13:48

cedabet dərman SEO Xidməti

Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini 1500 manat cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Bank" ASC-nin vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş