Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək

Xəbərlər

25.12.2020 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Fəzail İbrahimli: “Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur”

 

Bu gün Milli Məclis komitələrinin birgə onlayn iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata əsasən, İctimai  birliklər  və dini qurumlar, Hüquq  siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda  keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olunub və siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürülüb.

 

Qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə  edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur.

 

Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.

 

Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş