Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq

Xəbərlər

24.08.2024 - 16:12

cedabet dərman SEO Xidməti

Rövzət Qasımov: "Sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var"

Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.

AYNA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: "Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".

MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin təşviqat kampaniyası bir-birilərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş