Parisdə keçirilən nümayiş zamanı 6 nəfər saxlanılıb

Dünya

18.10.2022 - 23:28

Həkimlər Klinikalar SEO Xidməti

Polislə etirazçılar arasında toqquşmalar baş verib

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən nümayiş zamanı 6 nəfər saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, nümayişçilər arasında "Blac Bloc" radikal qrupunun 200-ə yaxın nümayəndəsi var.

Daha əvvəl Parisin cənubundakı Monparnas qəbiristanlığının ərazisində etirazçılarla polis arasında toqquşmaların baş verdiyi bildirilib.

Qeyd edək ki, Parisdə keçirilən nümayiş Ümumi Əmək Konfederasiyası və bir sıra digər həmkarlar ittifaqları tərəfindən elan edilmiş tətilin tərkib hissəsi olub. Tətil nəqliyyatda və bir sıra digər sahələrdə böyük fasilələrə səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş