Paraflanmış sülh sazişinin mətni 11 avqustda dərc ediləcək

Aktual

09.08.2025 - 09:14

"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək"

Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni 11 avqustda dərc ediləcək. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - XİN-dən bildirilib.

Xatırladaq ki, mətni Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş