“Müəllimlərin 37 faizi pandemiya dövründə risk qrupuna daxildir” - <font color=red> RƏSMİ</font>

Aktual

20.08.2020 - 22:12

Elnur Nəsibov: “Yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir”

 

"Müəllimlərin 37 faizi pandemiya dövründə risk qrupuna daxildir". AyNa bildirir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfransında bildirib.

 

E. Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin, ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib.

 

Təhsil nazirinin müşaviri "ARB Günəş" və "Mədəniyyət" kanallarının efirində təşkil olunan, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.

 

Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir.

 

Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.

Müəllif: Ayna.az