Papoyan: “Kim dedi ki, biz AİB-ni Aİ ilə əvəz etmək istəyirik?”

Dünya

18.11.2026 - 18:45

“Ermənistan hər iki blokun, eləcə də Yaxın Şərq, Çin və ABŞ bazarlarına ixracı artırmağa çalışır”

“Ermənistan Avrasiya İqtisadi Birliyini Avropa İttifaqıİ ilə əvəz etməyi düşünmür”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə jurnalistlərə deyib.

Nazir əmin edib ki, “İrəvan hər iki blokun, eləcə də Yaxın Şərq, Çin və ABŞ bazarlarına ixracı artırmağa çalışır”.

"İqtisadiyyat Nazirliyi olaraq məqsədimiz Ermənistanın Aİ, AİB və Yaxın Şərqə ixracını artırmaqdır. 2027-ci ilə qədər AİB, Aİ, Yaxın Şərq, Çin və ABŞ-a ixracımız artmalıdır. Biz heç vaxt belə ziddiyyətlər qaldırmamışıq. Kim dedi ki, AİB-ni Aİ ilə əvəz etmək istəyirik? Biz bu ölkələrdə daha çox satmaq istəyirik", - deyə Papoyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş