İran ordusu Küveytdəki ABŞ aviabazasına PUA-larla hücum edib

Dünya

18.11.2026 - 14:46

Zərbələr hava bazasında yerləşən ABŞ dronlarını və raket buraxıcılarını hədəf alıb

İran ordusu ABŞ ordusu tərəfindən istifadə edilən Küveytdəki Əli əl-Salem hava bazasına pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyini iddia edib. AYNA.AZ bu barədə İRNA xəbər agentliyinə istinadən bildirir.

Məlumatda qeyd edilib ki, zərbələr hava bazasında yerləşən ABŞ dronlarını və raket buraxıcılarını hədəf alıb.

İran ordusunun açıqlaması Küveyt ordusunun hava hücumundan müdafiə qüvvələrinin "düşmən dronlarının" hücumunu dəf etməsi barədə məlumatından sonra verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş