Pandemiyaya görə dünyada fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya

20.04.2021 - 05:34

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin və yoluxanların sayı artmaqda davam edir 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə ÜST-ün Fövqəladə Komitəsinin iclasında müzakirələrdən sonra qərar çıxarılıb.

 

“ÜST-ün baş direktoru COVİD-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gəlib. O, Komitənin tövsiyələri ilə razılaşıb”, - deyə qurumun bəyanatında bildirilir.

 

Mütəxəssislər pandemiyanın "hələ də fövqəladə hadisə olduğuğu və dünya əhalisinin sağlamlığına mənfi təsir göstərməyə davam etdiyi" qənaətinə gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş