Panamada avtobus qəzaya uğrayıb, 33 nəfər ölüb

Dünya

15.02.2023 - 19:37

cedabet dərman SEO Xidməti

Panamada xeyli sayda insanın ölümünə səbəb olan qəza baş verib

Panamada 60-dan çox miqrantı daşıyan avtobusun aşması nəticəsində azı 33 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Miqrantların olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.

Panama Prezidenti Laurentino Kortiso "Twitter" hesabında yazıb ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş