12 nəfər ölüb, onlarla insan yaralanıb
Pakistanın şərqindəki Pəncab əyalətində kimyəvi zavodda qazanxananın partlaması nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Zavodun içərisində hələ də insanların olduğundan ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar var.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə yerli vaxtla səhər saat 5:30 radələrində Feysəlabad sənaye şəhərində baş verib. Partlayış nəticəsində başlayan yanğın sürətlə binaya yayılıb.