Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində terror hadisəsi törədilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, silahlılar partlayıcı qurğunu partladıb və sement zavodunun işçilərini daşıyan avtobusa atəş açıblar.
Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb. Xilasetmə qrupları və təhlükəsizlik işçiləri hadisə yerinə gələrək yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar.
Bildirilib ki, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və silahlıları tapmaq üçün axtarış əməliyyatına başlayıblar.
Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.