Pakistanda terror aktı törədilib: 9 polis həlak olub

Dünya

06.03.2023 - 16:19

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində 13 nəfər yaralanıb

Pakistanın Bəlucistan əyalətinin Bolan rayonunda partlayış baş verib. Hadisə nəticəsində 9 polis əməkdaşı həlak olub, 13 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Urdu Alarabia” məlumat yayıb.

Səlahiyyətlilər bildirib ki, kamikadze Qənbəri körpüsündə polis mikroavtobusunu atəşə tutub. Hadisə yerinə istehkamçılar və digər təcili xidmətlər gəlib. Yaralı zabitlər yerli xəstəxanaya aparılıb, daha sonra helikopterlə bölgənin paytaxtı Kvettadakı xəstəxanaya təxliyə ediliblər.

Kvetta Mülki Xəstəxanasının baş həkiminin sözlərinə görə, müəssisədə hücumla əlaqədar fövqəladə vəziyyət elan edilib, məsləhətçilər, həkimlər, əczaçılar və feldşerlər də daxil olmaqla, bütün işçilər işə geri çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş