Ölənlərdən 3-ü və yaralılardan 4-ü Əfqanıstan vətəndaşıdır
Pakistanın cənub-qərbində bir qrup silahlı şəxs kömür mədəninin işçilərinə hücum edərək 20 nəfəri öldürüb. AYNA bu barədə “Associated Press”ə istinadən bildirir.
Hücum nəticəsində 7 mədənçi yaralanıb. Ölənlərdən 3-ü və yaralılardan 4-ü Əfqanıstan vətəndaşıdır.
Polisin bildirdiyinə görə, hücum edənlər cümə günü gecə Bəlucistan əyalətində kömür mədəninin yaşayış məntəqələrinə basqın edib, mədənçiləri mühasirəyə alıb və onlara atəş açıblar.
Bu günə qədər heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.