Pakistan sərt karantin rejiminə qayıda bilər

Dünya

26.05.2020 - 12:08

Ölkədə yenidən koronavirusa yoluxma halları artır

 

Pakistanda yenidən koronavirusa yoluxma halları artır. Bu səbəbdən karantinin yumşaldılması ilə bağlı qərarın ləğvi, yenidən sərt karantinə başlanılması gözlənilir.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə Pakistanın Səhiyyə Nazirliyinin rəsmisi Zəfər Mirzə bildirib. Həkim insanları sosial məsafə, bir yerə kütlə halında toplaşmamağa çağırıb.

 

Qeyd edək ki, Pakistan bu ayın əvvəlindən başlayaraq mərhələlərlə karantini qaldırdı. Bu günə qədər ölkədə 57 mindən çox təsdiqlənmiş koronavirusa yoluxma və 1 197 ölüm hadisəsi olub.

Müəllif: Ayna.az