“Taliban” üçün dəyərli anbarlar dağıdılıb
Əfqanıstandakı Baqram bazası Pakistanın hava hücumları nəticəsində zərər görüb. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, "peyk görüntüləri bazada 20 il ərzində Əfqanıstandakı Amerika hərbi kampaniyasının komandanlıq mərkəzi kimi xidmət edən və “Taliban” üçün dəyərli anbarların dağıdıldığını göstərir".
Bazanın şimal hissəsində yerləşən ən azı iki böyük anbar və bir təyyarə anqarı dağıdılıb.