Məhkəmə Kamal Kılıçdaroğlunu partiya sədri postuna bərpa edib
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Ankara Məhkəməsi qərar verib.
Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası başlayıb.