Özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

Xəbərlər

28.12.2024 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin ehtiyat fondundan Audiovizual Şuraya 2,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Audiovizual Şurasına 2,5 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş