Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması müzakirə olunub
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün İrəvana gedən Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə hökumətin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib.
“Söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı əlaqələr müzakirə olunub, Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması mövzusuna toxunulub. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti “Dünyanın kəsişməsi” layihəsini təqdim edib və suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərə əsaslanan regional nəqliyyat infrastrukturlarını blokdan çıxarmağa hazırdır”, - deyə məlumatda vurğulanıb.