Rusiya-Ermənistan əməkdaşlığı müzakirə olunacaq
Rusiya Federasiyası Baş nazirinin müavini, Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Ermənistana səfər edib. AYNA xəbər verir ki, məlumatı “Armİnfo”ya Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi təsdiqləyib.
Rusiya hökuməti rəhbərinin müavininin səfəri zamanı onun Ermənistan Respublikasının rəhbərliyi ilə görüşlərinin baş tutacağı gözlənilir. Baş nazir Nikol Paşinyanla görüş artıq baş tutub. Mqer Qriqoryanla görüş gözlənilir.
İkitərəfli iqtisadi gündəliyə aid geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır.