Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Xəbərlər

31.05.2024 - 17:32

Keçən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 36 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfəri xilas ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş