Ötən sutka 53 yanğına çıxış olub

Xəbərlər

11.06.2024 - 12:51

cedabet dərman SEO Xidməti

FHN qüvvələri 3 nəfəri xilas ediblər

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 53 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, partlayış zamanı 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş