Ötən sutka 4 nəfər xilas edilib

Xəbərlər

08.01.2025 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

29 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş