Ötən sutka 2 nəfər xilas edilib

Xəbərlər

17.02.2025 - 10:41

Həkimlər Klinikalar SEO Xidməti

54 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları nəticəsində 3 nəfərin meyiti təhvil verilib. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları nəticəsində 3 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş