Ötən sutka 10 nəfər xilas edilib

Xəbərlər

05.06.2024 - 15:48

Sutka ərzində 67 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 67 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatlarını həyata keçiriblər.

FHN-dən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş