Deputatlar qanun layihəsini birinci oxunuşda qəbul ediblər
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AYNA.AZ xəbər verir ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.