Keçən il ən çox sərnişindaşıyan stansiyalara “Koroğlu” liderlik edib
2025-ci ildə “Bakı Metropoliteni” QSC-dən 227 milyona yaxın sərnişin istifadə edib. AYNA.AZ xəbər verir ki, bu barədə QSC-dən bildirilib.
Vurğulanıb ki, ötən il ən çox sərnişindaşıyan stansiyalara “Koroğlu” liderlik edib.
NFC ödəniş sistemi cəmi 2 ay ərzində milyonlarla istifadə ilə metroda rəqəmsal rahatlığın təminatına çevrilib. Əvvəlki illə müqayisədə 10,6 faiz daha çox sərnişin isə "Əlçatan metro" xidmətindən yararlanıb.