Ötən il 284 nəfərə fəlsəfə doktoru adı verilməsindən imtina olunub

Xəbərlər

04.01.2026 - 14:06

37 nəfərə elmlər doktoru adı verilməyib

Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistik məlumatlar məlum olub. AYNA.AZ xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb.

Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş