Bunun 35 min 740-ı pensiya, 215 min 149-u isə müavinət və təqaüd təyinatıdır
2024-cü ildə 250 min 889 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Qeyd olunub ki, bunun 35 min 740-ı pensiya, 215 min 149-u isə müavinət və təqaüd təyinatıdır.