Ötən həftə azad ərazilərdə 61 mina zərərsizləşdirilib

Xəbərlər

28.07.2025 - 17:29

Həftə ərzində 1 354,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 21-27 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AYNA.AZ-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 46, tankəleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1 354,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş