Ötən həftə 54 nəfər xilas edilib

Xəbərlər

26.01.2026 - 14:18

166 yanğına çıxış olub

Ötən həftə ərzində 166 yanğına çıxış olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, 41 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 54 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş