Ötən gün törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

08.10.2021 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 7-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 38 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş