Ötən gün altı nəfər xilas edilib

Xəbərlər

19.08.2021 - 15:13

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində altı nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

 

Həmçinin, Bakı şəhəri Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Stepanova Asya Konstantinovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az